adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Aprel 2020 19:25
12131
GÜNDƏM
A- A+

Əcnəbilərə göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin aprelin 27-də yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edilib.

Bu barədəDMX-dən məlumat verilib.

Məlumata əsasən, 2020-ci il aprelin 27-dənetibarənbu dəyişikliklər edilib:

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər "ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman "ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu "ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və "108” Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək;

- Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı (elektron qaydada göndərilmədikdə) notarial təsdiq olunmalı sənədlərin, müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir. İcazə vəsiqələri paytaxtüzrə Bakı şəhər regional miqrasiya idarəsindən, digər regionlar üzrə regional miqrasiya idarələrindən əldə edilə bilər. Vəsiqələrimüvafiq "ASAN xidmət” mərkəzlərindən əldə etmək istəyən şəxslər xidmətin (012) "919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər;

- Karantin rejimi dövründə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşması zəruri deyil. Belə şəxslər bu barədə qərarı Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə edə bilərlər. Elektron qaydada Hökumət Ödəniş Portalı, "ASAN ödəniş” sistemi və ya "Expresspay” terminalları vasitəsilə dövlət rüsumunu ödəməklə belə şəxslər ölkədə qanuni qala biləcək;

- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı müraciətlər regional miqrasiya idarələrində qəbul ediləcək;

- Bakı şəhər regional miqrasiya idarəsində əcnəbilərin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla, "MigAZ” mobil tətbiqi və ya Xidmətin internet səhifəsi (https://onlinequeue.migration.gov.az) vasitəsilə, digər regional miqrasiya idarələrində isə fərdi qaydada həyata keçiriləcək;

- Miqrasiya qaydalarının pozulması halları ilə bağlı əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri qəbul ediləcək.

Dövlət Miqrasiya Xidməti bir daha bildirir ki, göstərilən xidmətlərdən yararlanmaq üçün DMX-yə elektron qaydada müraciət etmək olar. Xüsusi zərurət yarandıqda şəxsən qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmaq tövsiyə olunur.