adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2020 09:19
13203
GÜNDƏM
A- A+

SƏBİNƏ MƏMMƏDLİ ALMANLARDAN ACIĞINI NECƏ ÇIXDI?

Deməli, Səbinə xanım Almaniyaya təzə gedəndə görür ki, hər yer qarğıdalı sahəsidi. Rəfiqəsindən soruşub ki, biz onu qaynadıb yeyirik, bəs siz bu qədər qarğıdalını neynirsiz? Rəfiqəsi də qayıdıb ki, biz bunu donuzlara veririk və xanımı pərt edib.

Bir gün həmin rəfiqəsigilə gedəndə görüb ki, arpa yarmasından yemək bişirir. Rəfiqəsi deyib ki, siz də bundan yeyirsiniz?

Səbinə xanım da qayıdıb ki, yox, biz bunu atlara veririk, yeyib yaxşı kişnəyirlər.

Di get, nemes qızı nemes!