adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Aprel 2020 10:02
47680
MARAQLI
A- A+

1500 il qabaq İstanbuldakı vəba xəstəliyi ilə koronavirusun oxşarlığı

İspaniyada aparılan akademik araşdırma VI yüzillikdə Bizans İmperatorluğu dövründə İstanbulda yaşanmış bubonik vəba xəstəliyi ilə koronavirus arasında əlaqələrin olduğunu ortaya çıxartdı.

"El Pais” qəzetində yayılan xəbərə görə Bizans İmperatoru I Justinyanın dövründə yaşanan virus müddətində İstanbulda bugünkü yaşananlar arasında paralellər aparılıb. Nəticədə vəbanın yayıldığı həmin dövrlərdə də "mütləq qadağalar və izolyasiya tədbirləri” görüldüyü məlum olub.

İspan alim Karbonel:

"Xəstə insanlar üçün karantin elan olunması məcburiyyət idi. Ancaq qalan adamlar da sağlamlıqları naminə izoliyasiya tədbirlərinə əməl etməli idilər.

Vəbanın 541-ci ildə Misirdə ortaya çıxdıqdan sonra təxminən 1 il sonra İstanbula çatdığı və 4 ay müddətində şəhərdə ölümcül təsir buraxdığı məlumdur. Tarixçi Prokopius "Müharibələri tarixi” adlı kitabında vəbanı "Həyəcan təbili Misirdən yüksəldi, oradan da sürətli və ölümcül şəkildə yayıldı” deyə yazır.

"Bu xəstəlik dünyanın bir qismini, kişilərin bir qismini, ümumilikdə isə ayrı-seçkilik etmədən bütün insanlığa hücum etdi.

Prokopius İstanbulun vəziyyətini izah edərkən də bunları deyib:

"Bizantiumda (İstanbul) insanlar qrup halında görmək mümkün deyildi. Xəstə olmayan hər kəs evlərinə çəkilmiş, ya xəstə doğmaları ilə məşğul olur, ya da ölülərinə ağlayırdılar.

Bizanslı tarixçi şəhərdə iqtisadi vəziyyəti "küçədəki hərəkətlilik tamamilə dayanmışdı, sənətkarlar əllərindəki işi yarımçıq qoyub getmişdilər” deyə izah edir.

"Bir çoxları onlara qulluq edən biri olmadığı üçün öldülər. İnsanlar əldən düşmüş həkimlər, tibb bacılarına daha çox üzülürdülər, nəinki xəstələrə”.

Prokopirusun dedyinə görə xəstəlikdən ölənlərin sayı 5-10 min arası təşkil ediri. Dəfn mərasimi olmadan bir çox adamı birlikdə basdırırdılar. Bizans imperatoru I Justinyanın da xəstələndiyi və sağaldığı bir virusdan 25 milyon adamın öldüyü təxmin edilir.

Dilimizə uyğunlaşdıran: Eminquey