adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2020 08:38
26137
ŞOU-BİZNES
A- A+

Dövlət “Faytonçu” Nazimə yardım etdi: 1000 manat...

Bir ara ağır xəstəliyi ilə, bir ara isə rayonluları təhqir etməyi ilə gündəm olan Nazim Pişiyaridən xəbər var.

ARB TV-də yayımlanan"Hüseynova bacıları” proqramında şou-biznesdə"Faytonçu” təxəllüsü ilə tanınanmüğənni Nazim Pişiyari qonaq olub.

Adalet.az xəbər verir ki, tanınmış müğənni verlişdə maraqlı acıqlama edib:

"Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlətsahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.

O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb və həmkarlarının da yardım aldıqlarını düşünür:

"Mən dövlətdən1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”.

Qeyd edək ki, 2 il əvvəl toylarda ifa olunan mahnılardan söz açan "Faytonçu” məsələyə münasibət bildirərkən rayonluları aşağılayıb: "Mən "qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı”.

.Əntiqə Rəşid