adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Aprel 2020 14:26
11709
GÜNDƏM
A- A+

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım edib - VİDEO

Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda
yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Komitənin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib.

Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik
zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik
söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə
edilib.