adalet.az header logo
  • Bakı 13°C
27 Aprel 2020 13:27
13542
SİYASƏT
A- A+

Azərbaycanın AŞ PA nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, nümayəndə heyətinə Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa və Asim Mollazadə daxildir.

S.Seyidov vurğulayıb ki, AŞ PA-nın Daimi Komitəsinin pandemiyadan sonra aprelin 30-na təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi artıq məlumdur.