adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Aprel 2020 12:06
8308
GÜNDƏM
A- A+

“Xanoba” gömrük postunda tikinti işləri aparılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev "Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.