adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2020 08:17
46563
ŞOU-BİZNES
A- A+

74 yaşlı “Superstar”dan etiraf: Altı dəfə abort etdirdim…

Dünya üzərindən hit olan mahnılarıyla bərabər, həm də şəxsi həyatı ilə də seçilən çox sənətçi tanıyırıq.Onlardan biridə Türkiyəli pop müğənni və aktrisa, Türkiyədə, Türk pop musiqisinin "Superstar"'ı olan Ajda Pekkandır. Super star 74 yaşını qeyd edərkən-fevralın 2-də , sevgilisindən ayrıldığını bəyan etmişdi. Qeyd edək ki, Bülent Çavuşoğlu bir müddət əvvəl müğənni sevgilisinin İstanbul-Bahçeköydeki 30 milyon TL-lik (təxminən 15 milyon manat) villasına köçmüşdü. İddialara görə, Pekkan özündən 22 yaş gənc sevgilisi üzündən qardaşı Semiramis Pekkanla mübahisə etmiş, ailəsi Pekkanın gənc sevgilisi ilə görüşməsinə qarşı çıxmışdı. Belə göünür ki, müğənni 2012-ci ildən bəri sevgili olduğu Bülent Çavuşoğlundan ayıldıqdan sonra dərin depresiyaya düşüb və yeni açıqlamaları ilə diqqətləri öz üzərinə cəmləyə bilib.

Adalet.az xəbər verir ki, məşhur sənətçi övlad sahibi olmağa cəsarət etmədiyini bildirərək, altı dəfə aborta getdiyinidilə gətirib.

74 yaşlı A.Pekkan"Kaş evli olaydım, bu evlilik 30-40 il davam edəydi. Bu cür düşündüyünüz olubmu?” sualına belə cavab verib:

"Evlilik heç zaman 30-40 il sürmür. Pişik saxlamaqla özümü ovutmağa çalışdım. Altı dəfə abort etdirdim,uşaq istəmədim. Öz həyatımı təmin edə bildim, çətinliklə ayaq üstə dura bildim. Kişilər səhnədəki şöhrətimi evdə pijama vəbaşmaqlarda görünməyimlə qarışdırmaq istəmirlər. Onlar evdə də məni səhnədəki kimi görmək arzusundadırlar. Mən hər dəqiqə səhnədə olduğum kimi ola bilmərəm”.

Divanın daha sonra kı açıqlaması qənaətimizi möhkəmləndirdi. Bəli, sevgilisi ilə ayrılıq Ajda xanıma heç də yüngül təsirlə ötüşməyib: "Evdə tək qalmıram. Köməkçilərim var. Alış-verişə sürücüm gedir. Mahnılar yazıram, kompozisiyalara qulaq asıram, arxivlərlə maraqlanıram. Nə qədər ora-bura qaçmışıq, heç vaxt öz dəyərlərimizlə maraqlanmamışıq. Koronavirus bizə bu dəyəri xatırlatdı”.

İllərə meydan oxuyan 74 yaşlı pop diva karantin günlərini necə keçirdiyi barədə danışarkənsəmimi etirafları hər kəsi təəccübləndirib:

"Göstəriş üçün pul xərcləmirəm. Çantalarım bahalı markaların surətidir, orijinal deyil. Düz-əməlli heç bir zinət əşyam da yoxdur. Belə şeylərə pullarımı xərcləməmişəm. Ən əsası insanın özüdür. Məndən önəmlibu həyatda heç nə yoxdur”.

Bildiyimizə görə, diva 71 yaşında olarkən, ana olmağa cəhd edib. Hindistanda 72 yaşlı qadının süni yolla uşaq sahibi olmasından sonra bu barədə araşdırma aparmağa başlayıb.

Amerika və Hindistanda bu sahədə araşdırma aparan həkimlərlə danışıqlara başladığı da öyrənilib.

.Əntiqə Rəşid