adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Aprel 2020 10:13
37701
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: XƏYALIMDAKI YUXUNUN ŞEİRİ

Gəl, çin edək yuxumuzu
Hər ikimiz - səssiz, sözsüz...
Yanan görsün qoy bizi də -
Ətrafımız - odsuz, közsüz...

Qaranlığı darayaq biz
Saçın kimi - bircə, bircə...
Gecəyə düşsün bir ağ iz -
Uzunu biz bilən sirrcə...

Əllərimiz söhbət etsin,
Bir-birinə söykənərək...
Nəfəsimiz gəlib , getsin -
Nəbz tutmaq öyrənərək...

Dodağımız titrədikcə
Dilimiz gerçəyi desin...
Kipriklərin səddin keçib -
Yar, gözünü gözüm yesin...

Gecənin bəlli bir vaxtı
Gəl, çin edək yuxumuzu...
Yuxusuzluq məni yıxdı -
Xəyal bilək ... yuxumuzu...