adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Aprel 2020 09:29
14244
DÜNYA
A- A+

Cənubi Koreya prezidentinin məsləhətçisi: Kim Çen In sağdır

Bazar günü Cənubi Koreya prezidentinin xarici məsələlərüzrə məsləhətçisi Mun Çanq İn Şimali Koreya rəhbərinin sağ olduğunu bildirib.

"Fox News” xəbər verir ki, onun sözlərinə görə, Kim Çen In aprelin 13-dən ölkənin Vonsan bölgəsində yaşayır.

"Mövqeyimiz qətidir. O sağdır. Bu müddət ərzində şübhəli hərəkət müşahidə etməmişik”, - deyə dövlət başçısının məsləhətçisi bildirib.

Qeyd etmək lazımdır ki, daha əvvəl Çinin "Weibo” sosial şəbəkəsində Şimali Koreya liderinin ölməsi barədə xəbər yayılmışdı.