adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Aprel 2020 22:26
20876
ŞOU-BİZNES
A- A+

Hollivudun məşhur cütlüyü koronavirus peyvəndi üçün könüllü oldu və ona ad tapdı

Koronavirusa qalib gələn məşhur Hollivud aktyoru Tom Henks və həyat yoldaşı Rita Uilson virusa qarşı vaksin hazırlanması məqsədilə qan və plazma bağışlamaq üçün könüllü olublar.

"Haber Global” xəbər verir ki, amerikalı cütlük onların qanından hansısa peyvənd hazırlanacağı təqdirdə ona ad da tapıblar.

Belə ki, Tom Henks peyvəndin ingiliscə yazılışı "vaccine”dən (vaksin) təsirlənərək onun qanından düzəldiləcək peyvəndə "Hank-ccine” (Hanksin) adı verib.

Qeyd edək ki, həyat yoldaşı Rita ilə birlikdə Avstraliyada film çəkilişindən olarkən koronavirusa yoluxduğu aşkarlanan Henks nəzarətə götürülmüş və müalicə olunmuşdu.