adalet.az header logo
  • Bakı 16°C
26 Aprel 2020 21:34
34819
İQTİSADİYYAT
A- A+

OPEC ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir

OPEC bu ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin energetika naziri, OPEC konfransının prezidenti Məhmməd Abkar deyib.

M.Abkar bildirib: "Təşkilat (OPEC - red.) bu ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir. May və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq".

Nazir əlavə edib ki, bu tendensiya "neft hasilatının azaldılması ilə bağlı razılaşmanın (OPEC+ - red.) həyata keçirilməsi" ilə əlaqədar olacaq.