adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Aprel 2020 17:58
15788
SİYASƏT
A- A+

Zelenski Çernobıl zonasında yanğınların söndürülməsində iştirak edən xilasediciləri təltif edib

Ukrayna prezidenti Vladimir Zelenski Çernobıl zonasında yanğınların söndürülməsində iştirak edən xilasediciləri təltif edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Prezident Kiyev vilayətində işgüzar səfərdə olarkən Çernobıl zonasında böyük meşə yanğınının söndürülməsində iştirak edən Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinin əməkdaşları ilə görüşüb. O, 22 xilasediciyə dövlət mükafatlarını təqdim edib".

Xilasedicilərlə görüş zamanı V.Zelenski gördükləri böyük işə görə onlara təşəkkür edib: "İndi bir yüksəklikdən, helikopterdən gördüyünüz işin əsl nəticəsini gördük. Siz bizim üçün qəhrəmansınız".

Ukrayna prezidenti qeyd edib ki, alov böyük meşə sahəsini (11 min hektar) məhv edib.