adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2020 11:32
15222
DÜNYA
A- A+

İsrailin Səhiyyə naziri COVID-19-a görə istefa verdi – Başqa vəzifə istəyir

İsrailin Səhiyyə naziri Yakov Litsman şənbə günü, aprelin 25-də istefa verdiyini bildirib.

Xəbəri İsrailin dövlət radiosu "Kan” yayıb.

Qeyd edilir ki, Litsman artıq bu barədə Baş nazir Binyamin Netanyahuya məlumat verib və onu tikinti və mənzil təsərrüfatı naziri vəzifəsinə təyin etməyi xahiş edib.

Bildirilir ki, Səhiyyə Nazirliyinin rəhbəri belə bir qərarı qurumun ölkədə koronavirus infeksiyasının yayılması ilə mübarizədə atdığı addımların tənqidi fonunda verib.