adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Aprel 2020 11:23
15975
DÜNYA
A- A+

KXDR Kim Çen Inın ölümü ilə bağlı məlumatlara cavab verdi

Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

"Bloomberg”in verdiyi məlumata əsasən, bu barədə Koreya Dostluq Assosiasiyasının rəhbəri diplomat Alexandro Kao de Benos bildirib.

"Bizim marşalımızın ölümü barədə şayiələr yalan və qərəzlidir”, - o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl KXDR liderinin ölümü ilə bağlı məlumatı "New York Post” nəşri yaymışdı. Jurnalistlər materiallarında Honqkonqun HKSTV peyk agentliyinəistinad etmişdilər. Agentlik isə öz növbəsində bu məlumatı mötəbər mənbədən aldığını iddia edirdi.