adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Aprel 2020 11:00
15966
DÜNYA
A- A+

Tramp koronavirusla bağlı brifinqi vaxt itkisi adlandırdı

ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı mübarizə üzrə gündəlik brifinqləri vaxt itkisi hesab edir və bu işdə jurnalistləri günahlandırır.

Bu barədə ABŞ lideri "Twitter” səhifəsində yazıb.

Onun sözlərinə əsasən, KİV yalnız qərəzli suallar verir və sonra həqiqəti və faktları dəqiq şəkildə vermir.

"Onlar rekord reytinq qazanırlar, amerikalılar isə feyk xəbərlərdən başqa heç nə əldə etmirlər. Buna vaxt sərf etməyə dəymir”, - deyə Tramp yazıb.

What is the purpose of having White House News Conferences when the Lamestream Media asks nothing but hostile questions, & then refuses to report the truth or facts accurately. They get record ratings, & the American people get nothing but Fake News. Not worth the time & effort!

— Donald J. Trump (@realDonaldTrump)April 25, 2020


Xatırladaq ki, bir müddət əvvəl ABŞ lideri jurnalistləri koronavirusla bağlı vəziyyəti yanlış işıqlandırmaqda ittiham etmişdi. O, Ağ Evdə keçirilən brifinqdə bildirmirdi ki, Amerika mediası yalan məlumatlar dərc edir.