adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Aprel 2020 09:50
15862
DÜNYA
A- A+

Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq

Koronavirus infeksiyasından sağalan Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə hökumət başçısının rəsmi nümayəndəsi bildirib.

Nümayəndənin sözlərinə görə, Baş nazir aprelin 24-də öz müşavirləri ilə görüş keçirib:

"B.Conson Böyük Britaniyanın koronavirusla mübarizədə irəliləməsi haqqında ən son məlumat alıb".

Qeyd edək ki, B.Conson aprelin 5-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ölkə hökumətinin başçısı bir neçə gün reanimasiya şöbəsində olmaqla bir həftə xəstəxanada yatıb.