adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Aprel 2020 00:22
41199
KRİMİNAL
A- A+

Həyat yoldaşı ilə mübahisə etdi, iki övladını girov götürdü - VİDEO

Türkiyənin paytaxtı Ankarada həyat yoldaşı ilə mübahisə edən kişi iki azyaşlı övladınıgirov götürüb.

"HaberGlobal” məlumat verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onunla danışıqlar aparmağa çalışır.

Kişi polislərə bildirib ki, övladlarının başına silah dirəyib və o, həyat yoldaşının hadisə yerinə gətirilməsini tələb edir.

Hadisə yerinə gələn qadın telofon vasitəsi ilə həyat yoldaşı ilə əlaqə yaradıb. Lakin kişinin hansı tələblər irəli sürdüyü haqda hələlik məlumat verilmir.