Pandemiyadan zərər çəkmiş muzdlu işçilərə indiyədək ödənilən vəsaitin məbləğı açıqlandı
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramının icrası davam etdirilir.
Adalet.az İqtisadiyyat Nazirliyinə istinadən aprelin 24-dək dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını təqdim edir:
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 215,0 milyon manat |
Müraciət etmiş vergi ödəyicilərinin sayı Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 21.432 vergi ödəyicisi 224.602 nəfər |
Maliyyə dəstəyinin məbləği o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) | 77.982,8 min manat 38.991,4 min manat |
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 16.814 vergi ödəyicisi |
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 162.217 nəfər |
Ödənilmiş vəsaitin məbləği | 37.005,4 min manat |