adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Aprel 2020 14:03
14838
DÜNYA
A- A+

Lukaşenko Çernobıl qəzasının ildönümü ilə bağlı ziyan dəyən torpaqlarda ağac əkəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Çernobıl atom elektrik stansiyasında baş vermiş qəzanın ildönümü ilə əlaqədar ziyan dəyən torpaqlarda şam ağacları əkəcək.

Trend-in məlumatına görə, bu ümummilli iməclik çərçivəsində baş verəcək.

Qeyd olunur ki, Lukaşenko Ukrayna ilə həmsərhəd Qomel vilayətindəki Lyaskoviçi qəsəbəsində ağacəkmə kampaniyasında iştirak edəcək.

Xatırladaq ki, Çernobıl atom elektrik stansiyasında qəza 1986-cı il aprelin 26-da baş verib.