adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2020 21:52
18569
SİYASƏT
A- A+

Poroşenko Saakaşviliyə vəzifə təklif olunmasına münasibət bildirdi

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Mixail Saakaşviliyə vəzifə təklif edilməsinə münasibət bildirib.

P.Poroşenko Vladimir Zelenskinin Gürcüstanın keçmiş prezidentinə vəzifə təklif etməsi ilə bağlı "RİA Novosti”yə açıqlama verib:

"Bu, o deməkdir ki, rəsmi Kiyevdə "ehtiyat oturacaq”lar tükənib, onlardan "taburet” kimi istifadə ediləcək. Xahiş edirəm, məndən fərdi qiymətləndirmə gözləməyin. Qəti şəkildə deyirəm: dövlət məsuliyyəti, dövlət marağı var və hər hansı şəxsi münasibətləri ləğv etmək lazımdır”.

Saakaşvili baş nazirin müavini vəzifəsinə namizəd olarsa, Ali Rada onun namizədliyinə səs verməlidir.

Qeyd olunur ki, deputatlar arasında hələlik Saakaşviliyə dəstək müşahidə olunmayıb.