adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2020 20:07
9967
GÜNDƏM
A- A+

DTX-nin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ənənəvi olaraq qanvermə aksiyasında iştirak edirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq, 2020-ci il aprelin 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.