adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2020 17:58
13848
DÜNYA
A- A+

Konqress 500 milyard dollar ayırdı

ABŞ Konqressinin nümayəndələr palatası koronavirusla mübarizə proqramı üçün 500 milyard dollar ayrılmasına qərar verdi. TASS-ın məlumatına görə bu qərarın lleyhinə 388, əleyhinə isə 5 konqresmen səs verib. Bir nəfər bitərəf qalıb.

Qanun layihəsinə görə həmin vəsaitin 321 milyard dolları kiçik biznesə güzəştli kredit verilməsi üçün ayrılıb. Əgər götürülən kreditlər işçilərin əmək haqqına, kirayə haqqına, kommunal haqların ödənilməsinə xərclənibsə geri qaytarılmayada bilər.

Daha əvvəldə bu proqramın həyata keçirilməsi üçün Konqress 350 milyard dollar ayırmışdı. Lakin həmin vəsait artıq aprel ayının ortalarına kimi xərclənib qurtarmışdı. Bildirilir ki, pandemiya dövründə iş yerlərinin bağlanması ilə əlaqədar 26 milyona yaxın vətəndaşa müvafiq konpensasiyalar ödənilib.

Bunda əlavə kiçik biznesə kömək məqsədi ilə nəzərdə tutulmuş başqa proqram üçündə 60 milyard, xəstəxanalar üçün 75 milyard, koronavirusun aşkarlanması testləri üçün 25 milyard dollar ayrılması nəzərdə tutulub.

"Mən Konqressə çağrışıma dəstək verərək vəsait ayrdıqlatına görə təşəkkürümü bildirirəm"-deyə bildirən ABŞ prezidenti Donald Tramp daha sonra qeyd edib ki, artıq bir çox ştatlar əvvəlki həyatlarına qaytmaq üçün bərpa işlərinə başlayıblar. "Bu bizi ruhlandırır. Biz bu vəziyyətdən qurtuluruq. Mən xoşbəxtəm"

Rüstəm Hacıyev