adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Aprel 2020 16:20
10185
GÜNDƏM
A- A+

Bələdiyyə maaşlarının verilməsinə görə Operativ Qərargaha müraciət ediləcək

Bələdiyyələr maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir:

"Bu gün bələdiyyələrin maaş vermək imkanı yoxdur. Ona görə həmin insanların maaşlarının verilməsi ilə bağlı müraciət edəcəyik”.

Deputat Kamran Bayramov isə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsini təklif edib.