adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Aprel 2021 12:29
76839
GÜNDƏM
A- A+

Dünyanın faktlarla təsdiq edə bilmədiyi, amma qəbul etdiyi UYDURMA ERMƏNİ SOYQIRIMI

 Rusiya tərəfindən Mesapotomiya, İran, Türkiyə  çöllərindən  toplanaraq, kütləvi şəkildə  Qafqaza yerləşdirilmiş və burda əsli-nəcabəti, tarixi kökü olmasa belə, həyasızlıqları sayəsində topluma dönüşən, dövlət quran  ermənilər irticaçı əməllərini bu günki günə qədər davam etdirirlər. Erməni ideoloqları öz iyrənc yalanları, iblisanə hiyləgərlikləri ilə dünyanı türk toplumuna qarşı nifrətlə doldurmaqda davam edir və üstəlik türklər tərəfindən "soyqırımı”na məruz qaldıqları iddiası ilə hər il 24 apreli matəm günü kimi qeyd edirlər. Baxmayaraq ki, o vaxtdan indiyə qədər milyonlarla türkün qanını axıdıblar, amma qisasçılıq hissindən əl çəkməyiblər. Bədxahlar bu azmış kimi dünya ölkələrinin parlamentlərində bu mövzunu gündəmə gətirməyə çalışırlar və çox vaxt da nail olurlar.

Ayaq tutub "yeri (dilən) yən” yalan...

"Qaregen Njdenin təlimi"nin ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir”. Yəni türkə olan nifrət ideoloji vasitədir, silahdır. Dünyaya səpələnmiş ermənilər yeganə xalqlardan biridir ki, yalançı göz yaşları ilə inandırmağı bacarır və onun sayəsində dəstək alırƏslində, elə dünya da insani keyfiyyətlərdə onlardan yüksəkdə durmağı bacaran türklərə nifrət etməyə bir bəhanə axtarırdı və ermənilərin sayəsində o "qondarma soyqırım” ı fürsəti əllərinə kecib. İndi isə o fürsətdən faydalanır, yeri gəldi - gəlmədi içlərinə yığılmış nifrəti-ədavəti zəhər kimi addımbaşı tökməkdən cəkinmirlər. Bax, elə buna görə də, ermənilərin saxta iddialarına "inanan” ölkələrin sayı artır. İsveç parlamenti 12 mart 2010-cu ildə, Uruquay 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə, Yunan Kipri 1982-ci ildə, Amerika Birləşmiş Ştatları - ABŞ-ın 40-dan çox ştatında, Argentina 1985-ci ildə, Rusiya 1995-ci və 2005-ci ildə, Kanada 1996, 2000 və 2004-cü illərdə, Yunanıstan 1996-cı ildə, Livan 1997-ci və 2000-ci ildə ,Belçika və Fransa 1998-ci ildə, ( Fransada sözdə "erməni soyqırımı"nı rədd etmək cinayət sayılır), İtaliya və Vatikan 2000-ci ildə, İsveçrə 2003-cü ildə, Slovakiya və Hollandiya - 2004-cü ildə, Polşa, Almaniya, Venesuela, Litva - 2005-ci ildə, Çili 2007-ci ildə, Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya 1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul ediblər. Almaniya 2-ci dəfə -2016-cı il iyunun 2-də saxta iddianı "soyqırımı olaraq tanıyıb.

 

1915-ci ilin aprel günlərində axı nə baş verdi?

Əslində aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq, ölkədə cinayətkar fəaliyyətinə görə "Daşnak” və "Hnçak” partiyalarının rəhbərləri həbs olunub. Tarixi faktlar, arxiv materialları da dediyimizə sübutdur. Qondarma "erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. "Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin "qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı İmperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başladı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşdi, daha sonra Van, Sason, Adana üsyanları ard-arda baş verdi. Bu hadisədən sonra 1905-ci ildə Sultana sui-qəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirdilər. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə "Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edildi. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.Göründüyü kimi hec bir qətliam və yaxud "soyqırımı”ndan söhbət gedə bilməz. Sadəcə, ermənilər aprelin 24-nü ona görə "soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirildi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxdı..

Faktlar nə deyir?

 

Ermənilər iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlibdir ki, ermənilərin köçürülməsi zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olub. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülublər.1919-cu ilin yayında Paris sülh konfransının gedişində ermənilərin "Qərbi Ermənistan” adlandırdıqları ərazilərdə və Cənubi Qafqazda vəziyyəti öyrənmək məqsədi ilə prezident Vudro Vilson ABŞ ordusunun Fransadakı baş qərargahının rəisi general Ceyms Harbordun başcılığı altında regiona xüsusi missiya göndərib. Regionu incələyən Harbordun Ərzurumdakı dialoqu həmin günlərdə çox sayda şahidlərin də gündəliklərinə düşmüşdü. O, türklərdən soruşur:

- Daha öncədən Ərzurumda erməni çoxluğu varmıdı?

Bu soruyu alan Ərzurum Bələdiyyə Başqanı Zakir Gürbüz bəy Amerikalı generalı pəncərə önünə çağıraraq açıq görünən Gez və Kavak məzarlıqlarını göstərib deyir: "Bunlar gördüyünüz kimi, müsəlman-türk məzarlarıdır. Şəhərin ötəki yerlərində də bunların on qatı türk məzarlığı daha vardır. İndi yaxşı baxın, çevrəsi divarlarla hörülü o kiçik məzarlığı da görürsüzmü? Bax o da ermənilərin məzarlığıdır. Özünüz deyin, ermənilərmi, ya türklərmi çoxluqda? Ermənilər ölülərini yemədilər ki! Ərzurumun ölüsü də Türk, dirisi də Türk!" deyə tarixi cavab vermişdir.”

General Ceyms 16 oktyabr 1919-cu ildə ABŞ Senatına təqdim etdiyi raportunda yazırdı ki, Qara dənizdən İran sərhəddinədək uzanan ərazinı gəzdik, lakin ermənilərin iddialarını doğruldacaq heç bir fakta rast gəlmədik. General Harbordun bu məruzəsi ermənilərin Şərqi Anadoluda heç zaman çoxluq təşkil etmədiklərini və soyqırıma məruz qoyulmadıqlarını təsdiqləyirdi. Harbord yazırdı ki, missiyanın keçdiyi yollarda tez-tez ermənilərin zülmündən qaçan türklərlə rastlaşırlarmış. Həmçinin məşhur amerikalı siyasətçi Bryus Feinin, ABŞ-ın ali komissarı, admiral Mark Bristolun, britaniyalı siyasətçi və admiral Kolbi Çesterin, dünyanın nüfuzlu alimlərindən Stenford Şounun, Castin Makkartın, Prinston Universitetinin professoru Hitom Lourin, britaniyalı tarixçi, professor Norman Stoun, amerikalı professor Günter Levin, türkiyəli alim Mehmet Perincək tarixi faktlara istinad edərək "erməni soyqırımı”nın əslində cəfəngiyatdan başqa bir şey olmadığını sübut ediblər.

 

Məsələn…

 

Amerika Birləşmiş Ştatları Loisville Universitetinin müəllimi, tarixçi yazar Prof. Dr. Castin Makkartın: "Erməni soyqırımı” deyilən bir şeyin olması mümkün deyil. O dövrdə yaşayan 1,5 milyon erməni yox idi. Bu rəqəmin cəmi erməni əhalisindən daha çoxdur. Bu tamamilə səhv. Bu "soyqırım”ın həqiqət olması vəziyyətində hər bir erməninin iki dəfə ölmüş olması lazımdır. 1912 - 1921 illər arasında 3 milyon müsəlman və 100 min erməni ölüb. Aclıqdan, susuzluqdan və ya xəstəlikdən ölənlər də oldu. Bütün ölənlərin türklər tərəfindən öldürüldüyü deyilir, amma bu xəstəlik ayrı-seçkilik etmədən hər kəsi öldürdü….Tarixçilərin araşdırmalarını sərbəst şəkildə etmələri, mübahisələrin, tapıntıların müqayisə edilməsi lazımdır. Ancaq bu şəkildə tarixi məlumatın doğruluğuna əmin ola bilərik."

 

ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportdan: "Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız... Osmanlı İmperatorluğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək.

Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq."

"Qazanc” naminə murdar planlar…

Buna baxmayaraq, ermənilər 1965-ci ildən etibarən hər il aprelin 24-nü "soyqırım günü” kimi qeyd edirlər. Faktları ustalıqla şişirdən ermənilərin və erməni lobbisinin hədəfi "4 T” adlanan tələblərinin yerinə yetirilməsidir: 1. "Soyqırımı”nın dünyada tanınması; 2. Türkiyənin "soyqırımı” tanıması; 3. Türkiyənin "soyqırımı”na uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyəli mütəxəssislər isə hesab edirlər ki, dünya ölkələrinin "soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayır: Həmin ölkələrdəki erməni fəallığının təsiri, Türkiyəyə düşmən münasibət, Türkiyəni Avropa Birliyində görməmək istəyi, Özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi və nəhayət din amili...

Ermənipərəst dünya nə qədər dirəşsə də, nə qədər erməni yalanları ilə həmrəy olsa da, Türkiyə baş verməyən bir cinayəti heç vaxt öz üzərinə götürməyəcəyi bəllidir. Bu yolda canqardaşlarımıza təmkin və əzm arzu edirik. Yeri gəlmişkən, dünya dövlətlərindən, ümumilikdə səlibçilərdən ədalət gözləməyi, nə vaxtsa daşı ətəyindən töküb haqqı deməyi ummuruq. Çünki 106 yox, cəmi 29 il əvvəl bir gecənin içində milliyyətinə və dininə görə məhv edilən xocalıları görən dünya hələ də susur və bəzən qatilin başını sığallayır, onu müdafiə edir. Görkəmli şairimiz Məmməd Araz demiş: mən belə dünyanın nəyindən küsüm?

Əntiqə Rəşid