adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Aprel 2020 10:50
15113
DÜNYA
A- A+

Ərdoğan və Trüdo koronavirusa qarşı mübarizəni müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanadanın baş naziri Castin Trüdo arasında telefon danışığı olub.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə T.Ərdoğanın Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər koronavirus pandemiyası ilə mübarizə üzrə beynəlxalq səylər çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Qeyd edilir ki, liderlər həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti üzrə fikir mübadiləsi aparıblar.