adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2020 10:55
41566
ŞOU-BİZNES
A- A+

Bizim şou-əhlinin karantin gündəliyi: Kimlər nələrlə məşğuldu?

Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Adalet.az xəbər verir ki, buna görə də, hər bir vətəndaş "evdə qal” cağrışına riayət etməlidir. Necə ki, edirlər...

İndi isə karantin rejimində bizim şou-biznes nümayəndələri vaxtlarını necə "öldürürlərondan danışaq.

Əvvəl başlayaq məşhur estrada müğənnisi Günay İbrahimlidən...

Deyirmiş ki, karantin dövründə həm ev işləri ilə, həm də karyeramla məşğulam. Ailəmlə, sevdiklərimlə daha çox vaxt keçirirəm. Ona görə də evdə darıxmıram”.



Hamı kimievdə oturub, biş-düşlə məşğul olan sənətçi kökəldiyini etiraf edib:"Evdə birdəqiqə belə boş vaxtım olmur. Çünki iş bitmək bilmir. Ev işləri ilə yanaşı, idmanla da məşğulam. Etiraf edim ki, karantin mənikökəltdi. Ammaidmanla və düzgün qidalanmaqla əvvəlki çəkimə qayıtdım”.

Sonra da əlavə edib ki, karantindən öncə yeni klip çəkdirdik. Amma hazırkı vəziyyəti nəzərə alıb, yayım vaxtını bir az uzatdıq. Yaxın zamanda yeni klipi təqdim edəcəyik”.

Həmkarları kimi, vaxtının çoxunuevdə keçirən estradamızın cazibədar müğənnisi Dilarə Kazımova çəkdirdiyi açıq-saçıq şəkilləri ilə gündəmə gəlib.

Qara rəngli "body”dən istifadə edən Kazımova əyninə cins şalvar geyinib.


"Body”nin aşağı hissələri açıq olduğundan şalvar da onun köməyinə çatmayıb. Bundan narahatlıq keçirməyən sənətçi seksual pozlar verib.

Dilarə həmin fotoları "Instagram” hesabının "Hekayə” bölməsində paylaşaraq, karantin günlərində evdə qaldığına işarə edib.

53 yaşını qeyd edənXalq artisti Məleykə Əsədova "ATV səhər” proqramına "Skype” vasitəsi ilə qoşularkən deyib ki, gözünün ağı-qarası, yeganə qızı Gülər onun üçün ilk dəfə tort bişirib:



"1967-ci ildə yağışlı bir gündə dünyaya gəlmişəm. Anam deyirdi ki, yağış yağanda səni sel gətirib. Canım sağ olsun, yeni obrazlar yaradım. Ən böyük arzum qızımın toyunu görmək, nəvələrimi qucağıma almaqdır.Qoy gecə saat 12-də nəvələrim məni təbrik etsin! O günlərigörmək istəyirəm. Məni Məleykə Əsədova edən tamaşaçı alqışı əskik olmasın.

İnanın, pərəstişkarlarımın əksəriyyəti bayıra çıxa bilmir deyə, evlərində şamlarla adımı yazıb fotolarını mənə göndərirlər. Ad günümü evlərində qeyd edirlər. Sağ olsunlar! Bundan böyük aktrisa üçün hədiyyə nə ola bilər ki? Qızım isə mənim üçün maraqlı ürək sözlərini yazıb və ilk dəfə tort bişirib. Çox xoşbəxtəm!”



Müğənni Damla yeni paylaşımı ilə diqqət çəkib. Koronavirus pandemiyası səbəbi ilə ölkəyə qayıda bilməyib, karantin günlərini Moskvada keçirən ifaçı sosial media hesabında tez-tez foto paylaşmaqla diqqət çəkir. Damla bu dəfə paylaşdığı postla hər kəsin marağına səbəb olub. Müğənni hamamdan çıxandan sonra çəkdirdiyi fotoda yaş saçları ilə görüntülənib. Fotonun şərh bölümünə "Saçlarım həyatımın ayrılmaz hissəsidir. Saç maskaları, spreylər, saç nəmləndirici təbii bitki tərkibli yağlar istifadə etmədən heç vaxt feni saçlarıma yaxın buraxmıram. Zəif havalı ilıq fenlə saçlarımı quruladıqdan sonra sadə tək tərəfli hörürəm. Sabaha təbii dalğalı saçlarla günümə enerjili başlayıram. Düzdür, saçlarımın dibində azacıq bəyazlanma olduğu üçün sadəcə dib hissəsini sacımın öz rəngində boyayıram. Bütünlüklə saçımda rəng yoxdur. Saçlarınızı daima qoruyun. Kimyəvi rənglərdən qaçın" şərhini yazaraq saçlarına qulluqdan bəhs edib. İzləyicilər fotonu bəyənərək şərhlər yazıblar.

İzləyicilər hamamdan cıxıb fotosunu sulu-sulu paylaşan Damlanı bəyənməkdə olsun, biz də sizə aparıcı Aytən Səfərovadan danışaq. Zarafatcıl və "toppuş” aparıcı özünə bənzəyən 2 yaşlı "toppuş” oğlunun fotosunu paylaşıb.


Aytən xanım instaqramda yerləşdirdiyi fotoya "Şirinim" qısa şərhini yazıb. Qeyd edək ki, Səfərovanın iki oğul, bir qız övladı var.

Bu günlük karantin əyləncələri haqqında bu qədər...

Əntiqə Rəşid