adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2020 22:34
42371
MARAQLI
A- A+

Dünyanı vulkan təhlükəsi bürüyə bilər

ABŞ-ın Mayami Universitetinin alimləri iqlim dəyişikliyi nəticəsindəhəddindən artıq və uzun müddət davam edən yağışların vulkanların püskürməsinə səbəb ola biləcəyini bildirirlər.

Bu barədə "Nature” jurnalı yazıb.

Alimlər Havay adalarında yerləşən Kilauea vulkanının fəaliyyətinin səbəblərini öyrənərək bu nəticəyə gəliblər.

Mütəxəssislər zamanla Kilaueanın 1-3 kilometr dərinlikdə yerləşən qatlarının peyk müşahidələrinin nəticələrini təhlil ediblər. Məlum olub ki, şiddətli yağış zamanı vulkan püskürməsindən əvvəl məsaməli süxurlarda mayenin səviyyəsinin artması həmin süxurların məhv olmasına və maqmanın hərəkətinə səbəb olur.

Bu, yağışın vulkanik fəaliyyətin əsas mexanizmlərinə təsirinin ilk sübutudur. Bundan əvvəl yağıntının buxar püskürmələrinə və kiçik zəlzələlərə səbəb ola biləcəyi məlum idi. Tədqiqatçılardərin süxurlarda təzyiqin artması səbəbindən dünyanın digər yerlərində vulkan püskürmələri baş verə biləcəyini qeyd edirlər.