adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2020 21:39
65257
MƏDƏNİYYƏT
A- A+

Koronavirusla bağlı rəsm əsərlərinin qapalı auksionu keçiriləcək

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi çərçivəsində dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri aprelin 24-də gecə yarısı təşkil ediləcək xüsusi qapalı auksionda onlayn formatda nümayiş etdiriləcək.

İdarədən Adalet.az-a verilən məlumata görə, "İçərişəhər" DTMQİ rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədi ilə incəsənət-xeyriyyə layihəsinə start verib. Layihə çərçivəsində Qoruq İdarəsi Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edib.

Bu əsərlər 24 aprel gecə yarısı təşkil ediləcək xüsusi qapalı auksionda onlayn formatda nümayiş etdiriləcək. Auksion 27 aprel - bazar ertəsi saat 12:00-da başa çatacaq:

"Auksionun keçiriləcəyi səhifəyə "İçərişəhər" DTMQİ-nin "İÇƏRİ ŞƏHƏR - LIVING HISTORY" feysbuk səhifəsindəki linkdən keçid edə bilərsiz. https://facebook.com/events/s/inc%C9%99s%C9%99n%C9%99t-xeyriyy%C9%99-layih%C9%99si/246408536478110/?ti=icl

Nəzərinizə çatdıraq ki, nümayiş olunan əsərlər üçün təkliflər qapalı formatda qəbul olunacaq - beləliklə, müəyyən bir sənətkarın sənət əsərini almaq istəyən hər kəs səhifədə şəxsi mesaj yazmaqla təkliflərini artıra biləcək. Gündə bir dəfə auksiona çıxarılan hər sənət əsəri üçün təklif olunan ən yüksək məbləğ elan olunacaq. Auksionda toplanan bütün vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək".