adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2020 20:36
14075
DÜNYA
A- A+

İtaliyalı məmurları koronavirus ölümlərinə görə məhkəmə gözləyir

İtaliyada 45 000-dən çox sosial şəbəkə istifadəçisi səhiyyə sahəsində məmurlara qarşı məhkəmə iddialarına həsr olunmuş "NOI Denunceremo” ("Biz susmayacağıq”) adlı "Facebook” qrupuna qoşulub.

Bu barədə Lenta.ru məlumat yayıb.

Sözügedən qrupda pandemiyaya görə yaxınlarını itirən italiyalılar hakimiyyətin insan ölümlərinə səbəb olmuş yanlış addımları barədə fikirlərini bölüşürlər. Artıq hüquq-mühafizə orqanlarının da bir sıra halların araşdırılmasına başladığı qeyd edilir.

Ələlxüsus, araşdırma virusa zəruri diqqət ayrılmadığı iddia olunan Berqamodakı xəstəxanalardan birində aparılır. Buradakı vəziyyət virusun bütün regionda yayılmasına səbəb olub. Digər bir araşdırma isə Lombardiyadakı məmurların səhlənkarlığı il bağlı aparılır. Burada fəaliyyətsizliyin bir çox yaşlı insanın ölümünə səbəb olması faktı qeyd edilir. Üstəlik, qurbanların sayının əhəmiyyətli hissəsinin statistikada əks olunmadığı ehtimal olunur.

"Facebook” qrupunun yaradıcısı - Berqamoda COVID-19 üzündən atasını itirmişLuka Fusko qeyd edib ki, tibb işçiləri heç bir halda kampaniyanın hədəfində deyil. O, həmçinin bildirib ki, qrup üzvləri təzminat deyil, yaxınlarının ölümündə günahkarların cəzalandırılmasını istəyir. Çünki İtaliyada səhiyyə sistemi mərkəzləşdirilməyib. Buna görə də, regionlardakı məmurlar yaranmış vəziyyətə görə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, İtaliya ABŞ-dan sonra koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı ölkədir. Bu ölkədə xəstəliyə yoluxmuş 25 000-dən artıq insan ölüb.