adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Aprel 2020 19:43
25059
ŞOU-BİZNES
A- A+

Günay İbrahimli: “Karantin məni kökəltdi”

"Karantin dövründə həm ev işləri ilə, həm də karyeramla məşğulam. Ailəmlə, sevdiklərimlə daha çox vaxt keçirirəm. Ona görə də evdə darıxmıram”.

Bu sözləri məşhur estrada müğənnisi Günay İbrahimliOxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Hamı kimievdə oturub, biş-düşlə məşğul olan sənətçi kökəldiyini etiraf edib:

"Evdə birdəqiqə belə boş vaxtım olmur. Çünki iş bitmək bilmir. Ev işləri ilə yanaşı, idmanla da məşğulam. Etiraf edim ki, karantin mənikökəltdi. Ammaidmanla və düzgün qidalanmaqla əvvəlki çəkimə qayıtdım”.

Tez-tez rəngarəng və keyfiyyətli kliplərlə tamaşaçıların qarşısına çıxanG.İbrahimli karantindən sonra yeni ekran işinitəqdim edəcəyini söyləyib:

"Karantindən öncə yeni klip çəkdirdik. Amma hazırkı vəziyyəti nəzərə alıb, yayım vaxtını bir az uzatdıq. Yaxın zamanda yeni klipi təqdim edəcəyik”.

2020-ci ilin ağır və çətin başladığını deyən pop ulduz fikirlərini müsbət notlarla yekunlaşdırıb:

"Siçan ili heç də yaxşı başlamadı. Dünyada baş verən təbiət yanğınları, zəlzələlər, ən əsası koronavirus... Mən hər kəsə ilk növbədə can sağlığı arzu edirəm. Yaşadığımız hər an üçün Allaha şükür edək! Allah bütün Azərbaycan xalqını qorusun. Tezliklə bu bəla başımızın üzərindən çəkilsin!”