adalet.az header logo
  • Bakı 18°C
23 Aprel 2020 16:54
14776
DÜNYA
A- A+

Britaniyalı nazirdən Boris Consonun səhhəti barədə AÇIQLAMA

Böyük Britaniyanın Şimali İrlandiya işləri üzrə naziri Brendon Luis Baş nazir Boris Consonun səhhətinin yaxşı olduğunu və yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacağını bildirib.

Bu barədə Star.com məlumat yayıb.

"Conson hazırda yaxşıdır. Mütəxəssislərin və həkimlərin tövsiyələrinə əməl edir. İşinə qayıdacağı günü səbirsizliklə gözləyirəm və bunun tezliklə baş verəcəyinə inanıram”, - deyə nazir bildirib.