adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2020 15:23
14843
DÜNYA
A- A+

Saakaşvili Gürcüstandan Ukraynaya komanda gətirməyəcək

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynalideri Vladimir Zelenskinin onaölkənin Baş nazirinin müavini vəzifəsinitəklif etməsinə münasibət bildirib.

"Ukrayna 24”telekanalına müsahibə verən M.Saakaşvili PyotrPoroşenkonun prezidentliyi dövründə qubernator vəzifəsini tutduğu zaman olduğu kimi, Gürcüstandan özü ilə komandagətirməyəcəyinə söz verib:

"Düşünürəm ki, parlamentdə həyatda öz yerlərini və rollarını tapmışkifayət qədər ukraynalı var. (...) Ali Radada nə qədər maraqlı parlament üzvlərinin oturduğunu bilirsinizmi?”

Siyasətçi, eyni zamanda, şou göstərəcək yaşda olmadığını da deyib.

O, bir müddət sonra,əvvəllər P.Poroşenko ilə mübahisə etdiyi kimi, V.Zelenskiilə mübahisə edəcəyi ehtimalını "tamcəfəngiyyat” adlandırıb.

M.Saakaşvili Ukrayna dövlət başçısının cəsarətli adam olduğunu vurğulayıb:

"Heç kim mənim ona qarşı çıxacağıma ümid etməsin”.