adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Aprel 2020 13:50
43696
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏNSİZLİYİN PIÇILTISI

Telefon susur... zəng ləngiyir...
Yoxsa...şəbəkə zəifdi?
Dilimin ucu göynəyir -
Son sözüm daşa dəyibdi...

Fikirlər yorğun...perikdi
Ümid də öləziyən şam...
Solum şum yeri - herikdi -
Dolmusansa... üstümə dam!..

Şəklin gözümün içində
Nəm çəkib, bir az saralıb...
Mesaj qutum da bom boşdu -
İlahi, səbrim daralıb...

Pəncərəm torsuz, şüşəsiz
Telefon da sükutdan dəm...
Bir dən ver mənə nəşəsiz -
Yeyib, qovulum tay,Adəm!