adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Azadlığını satanlar - HEKAYƏ

CEYHUN MUSAOĞLU
70171 | 2013-05-28 10:49

Şəhərin hər yerində topa-topaadamlar vardı. Onlar sevinir, atılıb-düşür, bir-birini qucaqlayıb təbrikedirdilər. Elə bil onları vertalyotla yapışqan məhlul kimi göydən yerətullayıblar, günəşin altında qalıb quruyandan sonra yapışdıqları yerdənqopublar.

Küçələrsınıq butulkalar, pivə bankaları boş siqaret qutuları, günəbaxan tumlarınınqabıqları ilə dolu idi. Kim ağzını açırdı içindən söz horrası tökülürdü.Adamlar bir-birinin üzünə tüpürə-tüpürə danışırdılar. Yox, onlar bunu qəsdənetmirdi, sadəcə, sevindiklərindən tüpürcək ifadələrdən qabaq bayıra çıxırdı.Amma biri də əlini atıb üzünü silmirdi, yaxud əlini o birisinin üzünə atıb ona"adam balası kimi danış” demirdi.
Eləhamı fiziki olaraq adam balası idi. Hamı fiziki olaraq adam balasınaçevrilmişdi. Onlar düşünürdülər ki, daha it kimi hürməyəcək, at kimikişnəməyəcək, donuz kimi mırıldamayacaqlar. Düzdü, meydana it kimi, at kimi,donuz kimi gələnlər də vardı. Adam balasına çevrilən adamlar onların qabaqayaqlarını əvəz edən əllərindən tutub yuxarı qaldırır, başlarını sığallaylb,izah etməyə çalışırdılar ki, daha o günlər arxada qaldı.
Qarnıburnuna dəyən kişi yenicə adama çevrilənlərin arasından çıxıb əlində tutduğubutulkanı başına vura-vura "o günlər arxada qaldı”ya ritm tutmağa başladı. Bukişi hamının əvəzinə danışa-danışa oynayırdı, oynaya-oynaya oxuyurdu. Aradadombalaq da aşdı. O qədər cuşa gəldi ki, arıqlığından bostan müqəvvasınaoxşayan birinin yaxasından tutub ağzına zərblə kəllə vurdu. Bostan Müqəvvasınınqabaq dişlərindən biri qırıldı, alt dodağı cırıldı, burnundan qan açıldı. Ammanə olsun, de, bu bədbəxt cınqırını çıxardımı?.. Nənəm demiş, a tövbə... Əksinə,hırıldamağa başladı. Sevincin gücü o qədər böyük idi ki, zərbələr, ağrılar onunayağının tozu da ola bilməzdi. Yaralı Müqəvva cırılmış dodağını azcasəyirtmişdi ki, camaat uğuldamağa başladı. "Ura”, "Dözümlü kişilərə eşq olsun”şüarları meydanı silkələdi.

Sonraadamlar topa-topa ora-bura qaçmağa başladılar. Aralarında uçanlar da oldu.Uçdular-uçdular, hündür binanın damına qonub, bir ağızdan qışqırdılar: "Ogünlər arxada qalıb”.
Kimsəortaya təklif də tulladı. Ölkənin adı "O günlər arxada qalıb” olsun. Əvvəlaraya süküt çökdü. Bu dəfə də ilk olaraq meydana həmin Kəllə çıxdı. Dedi ki,mümkün deyil. Ölkənin adını dəyişməyə ehtiyac yoxdu. Səbəbini də belə izah etdiki, ölkənin indiki adı poetikdi. Bu ada şeirlər yazmaq, mahnılar bəstələmək,meyxanalar demək əla yaraşır. Ona yerbəyerdən dəstək verdilər. Xor başladı:
-Hələgörəcəyimiz günlər qabaqdadı. Ağsaqqalımızı, ağbirçəyimizi seçəcəyik, onlarınşəninə şeirlər deyəcəyik, nəğmələr oxuyacağıq. Televiziyalarımız, qəzetlərimizolacaq, öz dilimizdə danışacağıq, öz dinimizdə öləcəyik. Bundan sonradeyəcəyik, güləcəyik, yeyəcəyik, içəcəyik. Kef edəcəyik.
Sonuncuifadə - "kef edəcəyik” elə gurultulu səsləndi ki, bayaqdan ağacın altında yatan50-55 yaşlarında kişi başını qaldırıb, alçaq səsələ bircə bunu deyə bildi:
-Elə opisdi ki, hamımız kef eləməyi düşünürük.
Vəssalam.Kişini yoxa çıxardılar. Bostan Müqəvvasına kəllə atdığ üçün "Kəllə” ləqəbiqazanan adam ağacın altındakı həmcinsinə hücum etdi. Onun qarşısında dizləriniyerə qoyub, cəmi bir kəllə vurdu. Deyəsən, kişi elə bu kəllədən keçindi. Ölününüstünə qarışqa kimi doluşdular. Didik-didik edib, kişini yoxa çıxardılar. Sankibelə bir adam yerli-dibli olmayıb.
20 ilkeçdi. Kəllə qocalıb öldü, Bostan Müqəvvası itkin düşdü. Qafiyəsi "can” olanşeirlər itdən, atdan, donuzdan adama çevrilənlərin qanla başlayan hekayətinənöqtə qoydu. Adamlar yenə küçələrə çıxdılar. Hamının qucağında başı bədənindənyekə 20 yaşlı uşaq vardı. Uşağın boynundan elan asılmışdı. Üstündə yarı kiril,yarı latın hərfləri ilə yazılmışdı:
"Satılır”.
Kameraçiynində saqqalı ağarmış kişi başı bədənindən böyük olan və 20 yaşa çatmalarınabaxmayaraq, hələ də yeriyə bilməyən bu uşaqların hamısını tanıyırdı. 20 iləvvəl bax elə bu kamera ilə onların dünyaya necə gəldiyini lentə almışdı. O,indi də öz işində idi. Birdən kameraya adamların qucaqlarından uşaqlarınıgötürüb, onların yerinə həmin qucaqlara kağız pullar basan bir nəfər tuş gəldi.Saqqalı ağ kişi onu izləməyə başladı. Bu adam uşaqları qucaqlardan götürüb,əlindəki torbalara doldururdu. Hər torbaya 5 uşaq yerləşirdi. Elə ki, torbalardoldu, ağzılarını bağlayırdı. Aralarında məsafə olmaq şərti ilə ətraf belətorbalarla dolu idi. Uşaq yığan işini bitirən kimi, meydana yük maşınlarıgəldi. Maşınlar müasir dövrün istehsalı olsa da, onlardan düşənlər müasiradamlara oxşamırdılar. Boyları təxminən 3 metr olan məxluqların başlarındabuynuzları, arxalarında quyruqları vardı. Təkcə əlləri və ayaqları görünürdü.Başqa əzaların yerində gözə heç nə dəymirdi. Onlar bir göz qırpımında torbalarımaşınlara yükləyib, elə yoxa çıxdılar ki, hətta kameraya düşmədilər.
Meydanboşaldı. Qucaqları boşalan adamlar bir ağızdan dərindən nəfəs aldılar.
Şəhərinhər yerində topa-topa adamlar vardı.Onlar sevinir, atılıb-düşür, bir-biriniqucaqlayıb təbrik edirdilər. Elə bil onları vertalyotla yapışqan məhlul kimigöydən yerə tullayıblar, günəşin altında qalıb quruyandan sonra yapışdıqlarıyerdən qopublar.
Saqqalıağ kişi kameranı söndürdü. Elə çiynindəcə 20 il əvvəl didik-didik edilib yoxaçıxan kişinin oturduğu ağacın altına gəldi. Didik-didik edilən kişinin necəyoxa çıxdığını əks etdirən özü çəkdiyi görüntüyə bu illər ərzində dəfələrləbaxmışdı. Onun hansı cümlədən sonra didildiyini bilirdi. Qeyri-ixtiyari, bəlkədə ixtiyari həmin cümləni təkrar etdi: "Elə o pisdi ki, hamımız kef eləməyidüşünürük”. Başını qaldıranda adamların ona qarşı hücüma keçdiyini gördü.Kameranı işə salıb, ağacın əli çatan budağından asdı.

Onu da didik-didik edib yoxa çıxardılar. Hadisəkameranın yaddaşına köçdü. O yaddaş kiminsə əlindədi. Axtaran yoxdu deyə hələki, tapılmır.

TƏQVİM / ARXİV