adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Aprel 2020 13:14
16585
SİYASƏT
A- A+

Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özoral cənablarına

Çox hörmətli böyük elçi!

Hər birimiz yaxşı bilirik ki, bu gün-23 aprel Böyük Türk Qazi Məclisinin 100 yaşının tamam olması tarixidir. Odur ki, hər bir türkün güvənci olan unudulmaz Atatürkün yaratdığı və bu gün də türk xalqına xidmət edən Qazi Məclisi böyük və şərəfli yol keçib. Biz də qardaş türk cümhuriyyətinin-bir millətimizin ikinci dövləti olan, Türkiyənin sevincinə, uğurlarına sevinir və bu möhtəşəm bayram münasibətilə təbrik edirik. Inanırıq ki, Türkiyə öz varlığını bütün zamanlarda qoruyacaq və tükün bayrağı həmişə yüksəkliklərdə dalğalanacaqdır.

Çox hörmətli Erkan Özoral bəy, bir daha sizi və sizin şəxsinizdə bütün türk xalqını ürəkdən təbrik edir, bayramınız mübarək olsun deyirik!

Tanrı türkü qorusun!

Hörmətlə, millət vəkili Aqil Abbas və "Ədalət” qəzetinin kollektivi.