adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Aprel 2020 13:10
26643
ŞOU-BİZNES
A- A+

Mehriban Xanlarova da Afaq Bəşirqızını müdafiə etdi: “Siz axı kimsiniz?”

Yəqin ki, unutmamısınız! Ötən il Əməkdar artist Mehriban Xanlarova yenə hərəkətləri ilə diqqət çəkməyi bacarmışdı.

Onun aparıcısı olduğu, ARB-də yayımlanan "Canım sizə desin” adlı proqramında "Azəri Vandam” kimi tanınan sosial şəbəkə fenomeni qonaq idi.Əməkdar artistin onunla etdiyi rəqs və göstərdiyi şou müzakirələrə səbəb oldu. Belə ki, aktrisa efirdə təpik atdı. Onun bu addımı birmənalı qarşılanmayıb və kəskin tənqid edildi.

Adalet.az xəbər verir ki, Xalq artisti Briliant Dadaşovadan, aparıcı Elgizdən. Şairə Nazilə Səfərlidən sonra Əməkdar artist Mehriban Xanlarova da Afaq Bəşirqızının müdafiəsinə qalxdı.

Sənətçibir neçə gün öncəARB TV-də yayımlanan "Elgizlə izlə” verilişinin canlı efirində Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik ifadələrə münasibət bildirib: ""Əskim tüstülüdür. Bir söz deyirəm, o dəqiqə hamı sözlərimi təhrif edib, özünə sərf edən şəkildə müzakirə etməyə başlayır. Amma birmənalı şəkildə sevimli sənətkarımız Afaq xanımın tərəfindəyəm”.Sosial şəbəkələri açırsan, hamı baltanı əlinə alıb. Bilib-bilmədən tənqid bir yana, təhqir edirlər. Elə söyüşlər yazırlar ki...Özləri hansı tərbiyədən, əxlaqdan, vicdandan danışırlar? Sosial şəbəkə izləyiciləri elə biədəb sözlər yazıblar ki, mən o sözləri dilimə gətirməyə utanıram. Bəsdirin, yetər artıq!

Kimin ixtiyarı var ki, xalqın sevimli sənətkarını gözdən salıb, nalayiq ifadələrlə təhqir etsin? Siz axı kimsiniz? Tənqid edə bilərsiniz, amma bir insanı bu dərəcədə təhqir etməyə icazə verilməyib. Ucundan tutubucuzluğa gedirlər. Ar olsun sizə! Afaq xanım görkəmli sənətkarımızdır. Ən azından yaşına hörmət etməyi bacarın!”

.Əntiqə Rəşid