adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2020 11:02
36009
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ETİRAF ANI

Heç nə yaza bilmədim,
göynədi vərəq - sinə...
Unutdum ... və getmədim -
Tanrının son dərsinə...

İçimdəki boşluğun,
yaşadım sərxoşluğun...
Bir-birinə qoşduğum -
sonda gəldi tərsinə!..

Baxıb dodaq qaymağa
əhd etmədim doymağa...
Mən üzümü qoymağa -
açılmadı - tər sinə!..

Sevdi dərdim ürəyi,
Sıxdı, sərdim ürəyi...
Umdu, verdim ürəyi -
Bir iılham pərisinə...