adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2020 19:17
28515
KRİMİNAL
A- A+

Mağazadan spirtli içkilər oğurlayan Bakı sakini saxlanıldı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.