adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2020 14:21
13981
DÜNYA
A- A+

Almaniyada koronavirus vaksininin könüllülər üzərində sınaqları başlayır

Almaniyada koronavirusa qarşı vaksinin könüllülər üzərində sınaqları başlayır.

Adalet.az-ın məlumatına görə, sınaqların ilkin mərhələsində 18-55 yaş arası 200 sağlam könüllü iştirak edəcək.

Bununla əlaqədar olaraq, yerli "Biontech" şirkətinə lisenziya verilib.

Vaksinin gələn ilin yazınadək hazır olacağı və istifadəyə veriləcəyi gözlənilir.