adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Aprel 2020 23:37
13790
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan daha 119 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 119 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, aprelin 21-də ölkə üzrə 39 min 429 nəfər üzərində test aparılıb, 4 611 yeni yoluxma halı qeydə alınıb.

Son sutka ərzində koronavirusdan 1488 nəfər sağalıb. Sağalanların ümumi sayı 14 918 nəfər təşkil edir.