adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2020 21:30
28252
KRİMİNAL
A- A+

Anasının evliliyi ilə razılaşmadı, ögey atasını bıçaqladı - FOTO

Türkiyənin Antalya şəhərində anasının yeni evliliyini qəbul edə bilməyən gənc ögey atasını bıçaqlayıb.

Sondakika.com xəbər verir ki, hadisə Manavgat rayonunda baş verib.

Məhəmməd A. anasının atasından ayrılıb başqa biri ilə evlənməsi ilə razılaşmayıb.

O, bazara alış-verişə getdikləri zaman qəfil piştaxtanın üstündən bıçaq götürərək, ögey atası Şinasi V.-ni bir neçə dəfə bıçaqlayıb. Hadisə yerindən qaçan gənc polis tərəfindən tutulub.

O, törətdiyi əməldən peşman olduğunu bildirib.

Xəstəxanaya yerləşdirilən Şinasi V.-ninhəyatının təhlükədə olmadığı bildirilir.