adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2020 21:14
34824
MARAQLI
A- A+

Koronavirus 97 yaşlı təqaüdçülərə məhəbbət bəxş etdi - FOTO

İngiltərənin Prestviç şəhərindən olan təqaüdçülər bir-birini sevdiklərini anlayıblar və koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan təcrid rejimini bir yerdə keçirmək qərarına gəliblər.

Bu barədə "The Sun” xəbər yayıb.

97 yaşlı müharibə veteranı Robert Uolş və Lilian Qrandi 2019-cu ilin noyabr ayında Xatirə Günündə tanış olublar.

Uzun illər əvvəl Uolş sualtı qayıqda xidmət edib, Qrandi isə bombardmançı təyyarələr zavodunda işləyib.

Onlar tezliklə ümumi dil taparaq,həftədə üç gün görüşməyə başlayıblar.

Pandemiya başlayanda təqaüdçülər bir-birini sevdiyini, ayrılmaq istəmədiklərini anlayaraq, münasibətləri yeni mərhələyə keçirmək qərarına gəliblər,eyni evdə yaşamağa başlayıblar.

İndi Uolş bağda sevdiyi qadın üçün ukuleledə ifa edir. Onlar bir yerdə mahnı oxuyur,əylənirlər.

"Mən ona aşiq olmuşam. Biz bu dəhşətli virusun yaxşı tərəfini tapdıq: artıq birlikdəyik”, - deyə Uolş bildirib.(oxu.az)