adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2020 19:00
14657
DÜNYA
A- A+

İran koronavirusla əlaqədar əcnəbi məhkumları azadlığa buraxdı

İran hökuməti koronavirus pandemiyası ilə əlaqədar məhkumluq həyatı yaşayan1000 xarici ölkə vətəndaşını müvəqqəti azadlığa buraxıb.

"Mizan” agentliyi xəbər verib ki, bunu jurnalistlərə açıqlamasında İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmayili deyib.

Qeyd edək ki,müvəqqəti azadlığa buraxılanlar arasında Böyük Britaniya vətəndaşı, İrandadövlətçevrilişində təqsirli bilinərək beş il müddətinə azadlıqdan məhrum edilən Nazənin Zəqari Ratkliff də var.

Son məlumatlara əsasən, İranda 84 802 nəfərdə koronavirus aşkar edilib, 5297 xəstə virusun qurbanı olub. 60 mindən çox insan isə pandemiyaya qalib gələrək sağalıb.