adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Aprel 2020 18:19
28565
KRİMİNAL
A- A+

Bakıda qadın hədə-qorxu ilə kişinin pulunu aldı

Bakının Xətai rayonunun Polis İdarəsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb edən şəxsi saxlayıblar.

Bu barədəOxu.Az-a Xətai rayonu Polis İdarəsindən məlumat daxil olub.

Belə ki, aprelin 20-də 1989-cu il təvəllüdlü Ş.F. polisə müraciət edib. O, 1993-cü il təvəllüdlü M.İ.-nin 2019-cu ilin noyabr-dekabr aylarında ondan şantaj yolu ilə 1500 manat aldığını deyib.

Araşdırma zamanı məlum olub ki, Ş.F. fahişəliklə məşğul olan M.İ.-ninmüştərisi olub. Əvvəlcə qız ona həmin şəxsin guya qıza borclu olması adı ilə polisə xəbər verəcəyi barədə hədə-qorxu gəlib. Buna görə, həmin şəxsqıza tələb etdiyi məbləği verib.

M.İ.nin üç oxşar cinayətdə adı keçir.

Şübhəli şəxstutulub və məsuliyyətə cəlb edilib.