adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Aprel 2020 12:42
22045
ELM VƏ TƏHSİL
A- A+

Məleykə Abbaszadə: Keçid ballarını biz müəyyən etmirik

Keçid ballarını biz müəyyən etmirik. Müsabiqəyə buraxılmaq üçün şərtlər Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilir.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, imtahanlarda ixtisaslar üzrə keçid balları abituriyentlərin bilik səviyyəsinə görə müəyyən edilir:

"Hesab edirəm ki, bu il də müəyyən ixtisaslarda daha yüksək, bəzi ixtisaslarda isə aşağı rəqabət vəziyyəti olacaq”.