adalet.az header logo
  • Bakı 12°C
23 Aprel 2020 10:10
50691
ŞOU-BİZNES
A- A+

Evini nümayiş etdirən müğənnilərə tamaşaçı cavabı: “Ərköyünlər...”

Son günlər şou-biznes nümayəndələrinin yaşadığı təmtəraqlı həyatı, var-dövlətini, villasını çəkib nümayiş etdirmə brendə çevrilib. Bu brendin öncülləri Şəbnəm Tovuzlu, Manaf Ağayev, Təranə Qumral və Musa Musayev cütlükləridir. Qeyd edək ki, son günlər belə nümayişə Əməkdar artist Könül Kərimova da qoşulub. O, "Xəzər” telekanalında yayımlanan "Evdəkilərə salam” verilişindəkarantin günlərindən xeyli danışıb, deyib ki, bu evə karantindən əvvəl köçmüşəm:” Dedilər ki, hamı evdə oturmalıdır, biz də evdə qaldıq. Bir balaca həyətimiz də var. Əgər bu evin havası, rahatlığı bizə uyğun olsa, elə burada qalmağı düşünürük. Evdə qalmaq mənim üçün toy-bayramdır. Neqativ hisslərə qapılmıram. Mənfi enerjini öldürməyi bacaran insanam. Qəm qəmi gətirir. Özümü o hallara kökləmirəm. Vaxtında yatır və oyanıram. Özümlə məşğulam. Həyatım tamam dəyişib. Uzun illərdir çalışırıq. Karantindən əvvəl fikirləşirdim, necə edim ki, dincəlim? Deyirdimtelefonu söndürüb, bir ay evdə istirahət edəcəm”.

Daha sonra...

Adalet.az xəbər verir ki, sənətçi özü də daxil olmaqla,evlərini nümayiş etdirdiyinə görə həmkarlarının sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunmasına sərt reaksiya bildirib:

"Başa düşə bilmirəm ki, niyə tamaşaçılar sənətçiləri evsiz-eşiksiz, yamangündə görmək istəyirlər? Bu sənət adamının niyə evi olmalı deyil? Biz gündə evimizi reklam etmirik. İnanırsınız ki, məndən televiziya işçiləri çox inciyir. Deyirlər ki, "Niyə bizi evinizə dəvət etmirsiniz?” Cavab olaraq söyləyirəm ki, çəkib, efirə verirsiniz, peşman oluram. Sosial şəbəkədə evimizi nümayiş etdirdiyimizə görə, bizi tənqid edirlər”.

Bu yerdə istədim Könül Kərimovaya və onun simasında lüks həyatını tamaşacıya göstərib sonra rəncidə olan şou-biznes nümayəndələrinin bu iradına bir tamaşaçı kimi cavab verim:

Deməli, 1994-cü il idi. Biz Quzanlı Çadır Şəhərciyində yenicə məskunlaşmışdıq. Bizim evlər olan sırada məskunlaşanların çoxu ailə üzvünü müharibədə itirmişlər, ev-eşiyindən heç nə çıxara bilməyənlər , yəni tamamilə müfləşmişlər idi. Ora "damazlıq” kimi bircə dənə ailə düşmüşdü ki, imkanları çox yaxşı idi... köçkünlüyün ilk günündən evdə tikdirmişdilər. Qapılarında o vaxtın ən bahalı maşını olan QAZ-31-10-da vardı. Bu ailənin böyük oğlu çox ərköyün idi. (Həddindən artıq əzizlənmək, bütün arzu və şıltaqları yerinə yetirilməsi nəticəsində xudbin böyümüş – Ərköyün uşaq-red. Ə.R)

Yeri gəlmişkən, onlarla qapı-qapıya olan çoxuşaqlı ailənin başıpapaqlısı müharibədə itkin düşmüşdü. O evin uşaqları (6 uşaq) hamısı məktəbli idilər. O ərköyün, varlı balası evdə əlinə nə düşsəydi, onu çıxıb darvazadan cöldə yeyirdi. Xüsusən iri, sarı almalardan elə dişlək alırdı ki, səsi az qala o ətrafa yayılırdı. Cadır şəhərcikdə yaşayanlar bilir, evlər bir birinin necə deyərlər, içində tikilmişdi. "Ərköyün”ün harınlamış , heç kimi vecinə almadan, bəlkə də köçkünçülük başlayandan qarın dolusu yemək yeməyən uşaqların gözü qarşısında kı "yemək” hoqqaları və o yetimlərin o oğlana necə həsrətlə, iştahla, qibtə hissiylə baxdığını görmək adamı çox ağrıdırdı. Bir gün özümü toplayıb həmin evə getdim. Nə lazımdı dedim. Doğrusu "ərköyün”ün anasının mənim "aqressiv” fikirlərimlə belə tez razılaşacağını ağlıma da gətirməzdim. Nəisəki, ərköyünü bir müddət küçədə nəsə yeyən, ağzının şirin-şirin marçıldatdığını görən olmadı. Zənnimcə, ən ləyaqətsiz hərəkət var-dövlətini, lüks yaşayış tərzini, yediyi yeməkləri kasıb və çarəsiz insanların gözünə soxmaqdı.

” Hörmətli müğənnimiz, 2 il əvvəl şəxsən özünüz demişdinizki, toylara yarım saata ansambl ilə 8 min manata, tək isə yenə də yarım saatı 3 min manata gedirsiniz. Aşığı el dolandırar deyiminə diqqət etsəydiniz, bilərdiniz ki, siz müğənnilər xalqdan dolanırsınız. Xalqın bu ağır günündə xalqın nümayəndələrinə illərlə qazandığınız qazancdan cüzi miqdarda xərcləmək əvəzinə, onlara varidatınızı nümayiş etdirib necə yaşadığınızı, cəh-cəlal içərisində heç bir çətinlik çəkmədiyinizi göstərirsiniz. Sanki kasıb yaşayanlara, evsiz-eşiksizlərə, Illərdi yataqxanalarda cürüyənlərə gözdağı verirsiniz. Əslində tamaşaçı sizin malınıza-mülkünüzə deyil, laqeydliyinizə, biganəliyinizə görə sizlərdən inciyir. Siz və həmkarlarınız bu incə cizgini anlamamaqda zorluq çəkirsiniz! Villanızın demirem, hec otaqlarınızın və onların icərisinə yerləşdirdiyiniz mebellerində yox, hec olmasa villanızın birqapısının tutduğu pul qədər kiməsə yardım etmisinizmi? Faktlara istinad daha gözəl olar! Axı siz də bilirsiniz ki, evini mülkünü nümayişkaranə paylaşan şou-biznes nümayəndələrini sevən, onlara pərəstiş edən minlərlə tamaşaçı var...niyə sevənlərinizin heç olmazsa, 20-30 nəfərinə yardım etməyi düşünmürsünüz?Axı günəmuzd işləyib ailə dolandıran, karantində bu mümkün olmayanda ailəsi-uşağı ac qalan sizin xalqın nümayəndəsidir. Sizcə, tamaşaçı haqlı deyilmi?

Hər halda sosial şəbəkələrdə- müzakirələrdə xalq özü buna cavab verəcək!

Əntiqə Rəşid