adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2020 20:00
13378
DÜNYA
A- A+

Belarus 9 may paradını təxirə salmadı

Belarus 9 may Qələbə günü münasibətilə nəzərdə tutulan hərbi paradı təxirə salmaqdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, koronavirus epidemiyasına baxmayaraq, parad və onunla bağlı məşqlər ləğv edilməyəcək, çünki bu, ordunun hərbi hazırlığının bir hissəsidir.

Belarusda hərbi paradın ləğv olunması üçün 7 min sakinin imzası petisiya dərc olunmuşdu.

Qeyd edək ki, ötən həftə Rusiya İkinci dünya müharibəsində faşizm üzrəində qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi parad sonrakı tarixə təxirə salınmışdı.

Belarusda bu günə qədər 6 264 nəfər koronavirusa yoluxub, 51 nəfər həyatını itirib.