adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Aprel 2020 19:08
36514
MARAQLI
A- A+

Maraqlı üsulla bazarlıq: Mağazaya dron göndərdi - FOTO

Türkiyənin Rize şəhərində "evdə qal” çağırışına əməl edən Murad Namlı adlı şəxs mağazadan maraqlı üsulla bazarlıq edib.

Bu barədə "CNNTürk” məlumat yayıb.

Doqquzuncu mərtəbədəki evinin eyvanına çıxan M.Namlı mağazadan dronla çörək alıb. Mağazanın sahibinə telefonla sifariş verən M.Namlı çörəklərin qoyulduğu torbanın drona bağlanmasını istəyib.

"Evdən çıxa bilmədiyim üçün texnoloji imkanlardan faydalanıram”, - deyə M.Namlı bildirib.