adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2020 18:17
31546
İQTİSADİYYAT
A- A+

Avropanın koronavirusla mübarizəyə pulu çatmır

Koronavirusun yaratdığı böhranla mübarizədə Avropaya əvvəl planlaşdırıldığından üç dəfə artıq xərctələb olunur.

Bu barədə "Reuters” Avropa İttifaqının (Aİ) iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloniyə istinadən məlumat verib.

Onun dediyinə görə, Avropa ölkələrinə hazırda 500 milyard avro yardım edilməsi nəzərdə tutulur. Amma bu məbləğ səhiyyə və biznesə dəstək üçün kifayət etmir. Bunun üçün təqribən bir trilyon avro daha lazımdır.

Bununla əlaqədarİspaniya hökuməti aprelin 23-də Avropa İttifaqına üzv olan ölkələrə kömək üçün 1,5 trilyon avroluq yardım fondu yaradılmasını rəsmi formada təklif etməyi planlaşdırır.

Fondun İttifaqa üzv olan 27 dövlətdən alınan kreditlər hesabına yaradılması nəzərdə tutulur. Zərər çəkən dövlətlərə verilən pulların geri qaytarılması tələb edilməyəcək.

Beynəlxalq S&P agentliyinin proqnozuna görə, ilin sonuna qədər Avropa iqtisadiyyatı 7,3 faiz zəifləyəcək. "Bloomberg”in mütəxəssisləri ilin ikinci rübündə Avropanın ümumi daxili məhsulun (ÜDM) 8,3 faizini itirə biləcəyini xəbər verirlər. Ən ciddi problemlər İtaliya və İspaniyanı gözləyir.